Fərman müəllim elmi-hüquqi və bədii-publisist aspektləri birləşdirən bir yazardır. O, prokurorluq orqanlarında fəaliyyəti zamanı müxtəlif beynəlxalq konfranslarda iştirak etmiş, hüquqi problemlərə elmi-təcrübi yanşması ilə fərqlənmişdir, qanunverciliyin təkmilləşdirilməsi ilə bağlı tədqiqatlarını indi də davam etdirir.
Təqdimatı keçirilən kitab məşhur bir ziyalı nəslin nümayəndəsinin həmin nəslin ənənələrinə uyğun olan fəaliyyətinə həsr olunaraq, müəyyən mənada bioqrafik xarakter daşısa da, Fərman müəllimin prokuror kimi formalaşmasının tarixi şəraiti, şəxsi keyfiyyətlərin prokurorluq işçisi üçün vacibliyi, ölkədə keçirilən hüquq islahatları barədə geniş məlumatlar əldə etmək mümkündür. Kitabda Fərman müəllimi yaxından tanıyan prokurorlar, ziyalılar onun fəaliyyətini xarakterizə edirlər və hər bir yanaşma onun yeni-yeni keyfiyyətlərinə diqqəti cəlb edir.
Fərman müəllim hazırda təqaüddədır. Ancaq fəaliyyətini davam etdirir. Prokurorluq orqanlarında yaş həddi 60 yaş olaraq müəyyən edilmişdir. Ancaq prokurorluq orqanlarında uzun müddət işləmiş, fiziki sağlamlığı fəaliyyətini davam etdirməyə imkan verən şəxslərin əksəriyyəti təəssüf ki, daha çox fayda verəcəkləri fəaliyyətdən kənarda qalmağa məcbur olurlar. Əslində bu ölkəmizdə bir çox hüquq-mühafizə orqanları, həmçinin digər orqanlar üçün də mübahisəli olan məsələlərdəndir. Müəyyən tarixi şəraitdə formalaşmış, geniş təcrübəyə və biliklərə malik olan insanlar fəaliyyətdən kınarda qalmağa məcbur olurlar. Bir çox ixtisas sahibləri başqa sahələrdə işlərə alışa bilirlər, ancaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının böyük əksəriyyəti ömürlərinin sonuna kimi hadisələrə, fəaliyyətlərə prokuror, polis və s. kimi yanaşmaqda davam edirlər. Əslində bu sahələrdə təqaüd fiziki imkanlarla, şəxsi istəklərlə daha çox əlaqələndirilməlidir və yaxud müəyyən formalarda işə cəlb edilməlidirlər. Bu aspektlərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinində əvvəlcə yaş həddinin 70 yaş olması, daha sonra “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 1 aprel 2025-ci il, № 165-VIIQD Azərbaycan Respublikasının Qanununu ilə 75 yaşa qədər uzadılması təcrübəsi digər orqanlara münasibətdə də qanunvericilik qaydasında təsbit edilməlidir. Belə ki, müəyyən qabiliyyətlər, bacarıqlar həm şəxsi keyfiyyətlər, həm də təcrübə ilə formalaşır. Belə formalaşmadan keçən və xidmətlər üçün faydalı olan şəxslərin fəaliyyətə cəlb edilməsi həmin xidmətlərin özləri üçün vacibdir.
Fərman müəllim geniş yaradıcılıq imkanları olan prokurorlardandır. Onun həm elmi, həm publisist, həm də bədii yaradıcılığı birləşdirən daha geniş yazarlıq imkanları vardır. Təqdim olunan kitab Fərman müəllim üzərinə həmçinin bu istiqamətin davam etdirilməsi, yeni yaradıcılıq əsərlərini təqdim etməsi vəzifəsi qoyur.
Fərman müəllimi təbrik edirəm, ona daha böyük yaradıcılıq nəticələri və fəaliyyətlərində uğurları arzulayıram!
Döyüşçü-prokuror Fərman Rzayevin “Şərəfli ömür. Ədalətli prokuror” kitabının təqdimatı keçirildi – FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Baş Prokurorluğun idarə rəislərinin, təqaüddə olan prokurorluq əməkdaşlarının, respublika hüquq ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə döyüşçü-prokuror Fərman Rzayevin “Şərəfli ömür. Ədalətli prokuror” kitabının təqdimatının keçirilməsi Baş Prokurorluğun diqqəti cəlb edən ənənələrindən biridir. Fərman müəllim prokuror-istintaq fəaliyyətinə Rusiya Federasiyasının Xabarovsk vilayətində müstəntiqlikdən başlamış və bu təcrübə onun prokuror kimi formalaşmasına əvəzsiz təsirini göstərmişdir. Müstəntiqlik elə bir sənət və fəaliyyətdir ki, geniş bilik və bacarıq tələb edir, cinayətlərin istintaqından kənara çıxır, müxtəlif sahələrdə dərin bilik tələb edən bir çox aspektləri ehtiva edir. Müstəntiq cinayət və cinayət-prosessual qanunvericiliyi yaxşı bilməli, onu praktikada tətbiq etməyi bacarmalı, vətəndaşların hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir. Müstəntiqin işi yüksək emosional stress, amansızlıq, zorakılıq və kədərlə mübarizə zərurəti ilə əlaqələndirilir ki, bu da müstəntiqdən psixoloji sabitlik və stressin öhdəsindən gəlmək bacarığı, həm də müəyyən şəxsi keyfiyyətlər, məsələn, analitik təfəkkür, ünsiyyətcillik, stressə davamlılıq və yüksək məsuliyyət tələb edir. Fərman müəllim keçən əsrin 90-cı illərində gərgin, ziddiyyətli olan bir dövrdə müstəntiq-prokuror işləmiş, bir çox emosional çətin cinayət işlərinin istintaqına rəhbərlik etmişdir və bununla da peşəkar müstəntiq-prokuror imici qazanmış az saylı həmvətənlərimizdəndir. Keçmiş SSRİ-də və indi də Rusiya Federasiyasında peşəkar müstəntiq-prokuror imicini qazanmaq kifayət qədər çətindir, daha böyük bilik, yüksək hüquqi dil qabiliyyəti tələb edir. Fərman müəllim vətənpərvər bir insandır. Xabarovsk vilayətində, Rusiyada peşəkar prokuror imici qazandığı, geniş karyera imkanlarının onu gözlədiyi bir dövrdə keçən əsrin 90-cı illərində müstəqillik əldə etmiş vətəninə-Azərbaycana qayıtdı və prokurorluq orqanlarındə gərgin işə başladı. Bəzən, vətənpərvərliklər var ki, aşkarlıqdan, ictimai qiymətləndirmədən kənarda qalır, ancaq konkret şəxslərin taleyinə toxunan humanist, xeyirxah bir fəaliyyətdir. Fərman müəllim Azərbaycandan kənarda keçmiş SSRİ məkanında müəyyən şəxsi nüfuzu olan şəxslərdən biridir və bu imkanlarından alicənablıqla istifadə edir, problemi olan insanlara köməyini əsirgəmir.