Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Proses hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilib. Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinərək ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.