Dövlət Sərhəd Xidmətinin hərbçisi xəstəlikdən vəfat edib

Dovlet Serhed Xidmetinin herbcisi xestelikden vefat edib

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, iyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.