Zeferinfo.az xəbər verir ki, görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də Azərbaycanın ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi (VTS) ilə bağlı görülən işlər barədə məlumat verilib.
Həmçinin DDLA-nın aidiyyəti dövlət qurumları ilə Xəzər dənizi üzrə koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb. Həmçinin Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) qoşulması barədə məlumat verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun yenilənməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti bu sahədə müvafiq texniki ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüşdə Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq imkanları, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub. DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov bildirib ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişafına mühüm töhfə verir. Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.