Deputat toxunulmazlığından məhrum edilmiş Sarqsyan Ermənistanın İstintaq Komitəsinə gedib

Zeferinfo.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentari İstintaq Komitəsinin binası qarşısında jurnalistlərə açıqlama verib.
Onu hakimiyyəti zorla ələ keçirməyə cəhd və terror aktı hazırlamaq işi çərçivəsində məsuliyyətə cəlb etmək niyyətindədirlər.
Bu iş üzrə daha əvvəl arxiyepiskop Baqrat Qalstanyan həbs edilmişdi. Bu gün prokurorluq onun həbsi ilə bağlı vəsatət təqdim edəcək.
A.Sarkisyan əmindir ki, toxunulmazlıqdan məhrum edildikdən sonra parlament onun həbsinə razılıq verəcək. Buna görə də deputat hakimiyyət fraksiyasından olan həmkarlarının qərarını gözləməməyə qərar verib, ailəsi ilə vidalaşıb və istintaq orqanına gəlib.
"Bu mənim ikinci həbsimdir, amma mən mübarizəni davam etdirirəm və bütün həmvətənlərimi buna çağırıram", - deputat bildirib.