Dəniz nəqliyyatı ilə yükdaşıma 10 faiz artıb

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5395 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, yüklərin 48,2 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 7906,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6399 min tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib. 2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7 faiz azalaraq 14,8 min nəfər olub.