Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planının prioritet istiqamətləri bəlli oldu

Cezacekme muessiselerinde pese tehsilinin keyfiyyetinin yukseldilmesi ile bagli Fealiyyet Planinin prioritet istiqametleri belli oldu

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın prioritet istiqamətləri açıqlanıb.

Zeferinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə işlər həyata keçiriləcək:

cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi:

əsaslandırma: məhkumların işlə təmini prosesinin sürətləndirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində onların iş imkanlarının artırılması, məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, habelə peşə təhsili həyata keçirilərkən cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarının nəzərə alınması istiqamətində kömək göstərilməsinə ehtiyac vardır. Bu baxımdan, peşə təhsilindən yararlanmış məhkumların işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlar (işəgötürənlər) üçün dəstək tədbirlərinin təmin edilməsi, cəzaçəkmə müəssisələrində yeni istehsalat və xidmət sahələrinin yaradılması, məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması, eyni zamanda məhkumlar barədə müvafiq məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əhatə edən vahid informasiya sisteminin yaradılması ilə bağlı müvafiq aktların hazırlanması zəruridir;

görüləcək tədbirlər:

cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərin işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlara (işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması;

peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əks etdirən vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılması;

peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılmasını təmin etmək məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi;

məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması;

gözlənilən nəticə və nəticə indikatorları: normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq hüquqi aktların layihələri hazırlanacaq və təsdiq ediləcəkdir;

gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:

aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bir sıra normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur;

cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxsləri işlə təmin edəcək sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizmlərinin tətbiq edilməsi təcrübədə bir sıra sui-istifadə hallarına imkan yarada bilər. Bununla əlaqədar, müvafiq sahəvi dövlət orqanlarının (qurumlarının) iştirakı ilə işçi qrupların yaradılması və həmin dəstək tədbirlərinin müəyyən kvotalarla və şərtlərlə verilməsi imkanlarının nəzərdə tutulması ilə bağlı tədbirlər görülə bilər;

cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastrukturun, avadanlığın qurulması və təkmilləşdirilməsi:

əsaslandırma: hazırda əmək bazarında tələbat duyulan sahələr sırasında olan İKT üzrə kadrların hazırlanması üçün cəzaçəkmə müəssisələrində zəruri və müasir infrastruktur və avadanlığın formalaşdırılması vacibdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin araşdırmaları, habelə müstəqil bazar araşdırılmaları göstərir ki, əmək bazarında əsas tələb olunan peşələrdən şirniyyatçı, aşpaz, aqronom, turizm, menecment, kibertəhlükəsizlik, data analitikası, statistika, logistika və bir sıra yüksək texnologiya sahələri üçün peşə təhsili mütəxəssislərinin hazırlanması, habelə əmək bazarının tələblərinə uyğun peşə təhsilinin formalaşdırılmasına, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi halında əmək bazarının tələblərinə uyğun sahələrdə məhkumların peşə təhsilinin davamlılığının təmin edilməsi məqsədilə zəruri infrastrukturun qurulmasına və yenilənməsinə ehtiyac vardır;

görüləcək tədbirlər:

cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin infrastrukturunun, avadanlığının qurulması və yenilənməsi;

cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələrinin tikintisi;

gözlənilən nəticə və nəticə indikatorları:

əmək bazarının tələblərinə uyğun infrastrukturun, avadanlığın qurulması və yenilənməsi təmin olunacaqdır;

məhkumların peşə təhsilinin həyata keçirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin yaradılması təmin olunacaqdır;

gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:

infrastruktur təminatının yaxşılaşdırılması üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac vardır və həmin məsrəflərin qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bununla əlaqədar sahibkarlarla (işəgötürənlərlə) sıx əməkdaşlıq qurulması yolu ilə işlərin davam etdirilməsi, eləcə də Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına maliyyələşdirmənin aparılması üçün tədbirlər görülə bilər;

məhkumlar üçün peşə təhsilinin səmərəli təşkil edilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərin həyata keçirilməsi:

əsaslandırma: peşə təhsilinin səmərəli təşkil edilməsi və keyfiyyətinin yüksəldilməsi üçün müvafiq sahələr (müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrik mühərrikli nəqliyyat vasitələrinin təmiri, qrafik dizayner, İKT və s. sahələr) üzrə peşə təhsilinin aparılması məqsədilə həmin sahələrdə ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, həmçinin peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, məhkumların əməyə marağının artırılması, peşə təhsili alan məhkumların ixtisaslarına uyğun iş imkanları və karyera perspektivləri baxımından istiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixoloji vəziyyətinin öyrənilməsi, məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarında tələb olunan müvafiq sahələr üzrə peşə təhsilini təsdiq edən sənədlərə və əmək bazarında sahibkarlar (işəgötürənlər) tərəfindən üstünlük verilən peşələrə sahib olması, məhkumların peşə fəaliyyətinə, peşə təhsili prosesinə cəlb edilməsi zamanı onların bilik və bacarıqlarına uyğun sahələrə yönəldilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda, qeyd olunan tədbirlərin effektiv təşkili üçün peşə təhsili prosesinin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi də vacibdir.

görüləcək tədbirlər:

peşə təhsili prosesinə kənar psixoloqların, karyera məsləhətçilərinin, peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi məqsədilə tədbirlər görülməsi;

peşə təhsili prosesinə cəlb ediləcək kənar psixoloqların, karyera məsləhətçilərinin və peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin əməyinin ədalətli ödənilməsi məqsədilə təkliflər hazırlanması;

peşə təhsili müəssisələrində pedaqoji heyətin sosial müdafiəsinin gücləndirilməsi;

peşə təhsili müəssisələrində pedaqoji heyətin bilik və bacarıqlarının artırılması məqsədilə sistemli tədbirlər həyata keçirilməsi;

peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi üçün məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizminin formalaşdırılması və tətbiqi;

sahibkarların (işəgötürənlərin) iştirakı ilə müvafiq sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsi; 6.1.3.2.7. peşə təhsili prosesinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi;

gözlənilən nəticə və nəticə indikatorları:

karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin peşə təhsili prosesinə cəlb olunması təmin ediləcəkdir;

karyera məsləhətçiləri, kənar psixoloq və mütəxəssislərin əməyinin ödənilməsində effektiv mexanizm müəyyən ediləcəkdir;

pedaqoji heyətin sosial müdafiəsinin yaxşılaşdırılması təmin olunacaqdır;

müasir dövrün tələblərinə cavab verən pedaqoji heyətin formalaşdırılması təmin ediləcəkdir;

məhkumların peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi zamanı onların bilik və bacarıqlarının qiymətləndirilməsinin nəticələri nəzərə alınacaqdır;

məhkumların işlə təmin olunma imkanlarının genişləndirilməsinə nail olunacaqdır;

peşə təhsili prosesində keyfiyyətə nəzarət mexanizminin effektiv təşkili təmin ediləcəkdir;

gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:

peşə təhsili prosesinə cəlb ediləcək karyera məsləhətçiləri, kənar psixoloq və mütəxəssislər üçün ədalətli ödəniş sisteminin yaradılması zamanı maliyyə vəsaitinin təmin edilməsində çətinliklər mövcud ola bilər. Bu vəsaitin Fəaliyyət 7 Planının 7-ci hissəsində qeyd olunan mənbələr hesabına, o cümlədən cəzaçəkmə müəssisələrində peşə təhsili çərçivəsində əməkdaşlığa cəlb ediləcək sahibkarlar (işəgötürənlər) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur;

karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin tapılmasında və ya həmin şəxslərin əsas iş yerlərindən asudə vaxtlarının müəyyənləşdirilməsində çətinliklər mövcud ola bilər. Bu zaman əməkdaşlıq müqavilələri imzalanaraq, sahibkarlar (işəgötürənlər) öz tələbatına uyğun gələcək işçilərin hazırlanmasını və müəyyən işlərin müəssisələrdə həmin məhkumlar tərəfindən həyata keçirilməsini təşkil edə bilərlər. Bununla yanaşı, həmin şəxslərin göstərdikləri xidmətlər onlayn qaydada həyata keçirilə bilər;

məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsində uğurlu metod və metodologiyadan istifadə edilməməsi onların cəlb ediləcəyi peşə təhsili və peşə fəaliyyəti üçün səmərəli olmaya bilər. Bu baxımdan, həmin şəxslərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi üçün müvafiq mexanizmin işlənilib hazırlanması nəzərdə tutulur;

əmək bazarında və sahibkarlar (işəgötürənlər) tərəfindən üstünlük verilən peşə təhsili və təlim proqramlarının cəzaçəkmə müəssisələrində məhkumların bilik və bacarıqları baxımından tətbiqində çətinliklər mövcud ola bilər. Buna görə peşə təhsilinə marağı olan məhkumların həmin sahələr üzrə zəruri bilik və bacarıqlarının əvvəlcədən qiymətləndirilməsi və tədris proseslərinin qiymətləndirilmə nəticələrinə əsasən təşkil edilməsi zəruridir;

əmək bazarında üstünlük verilən təlim proqramlarının maliyyələşməsində çətinliklər mövcud ola bilər. Odur ki, bu fəaliyyətin sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin maliyyə vəsaiti hesabına təmin edilməsi və peşə təhsili almış, təlim keçmiş şəxslərin azadlığa buraxıldıqdan sonra maliyyələşməni təmin edənlər tərəfindən işlə təmin edilməsi nəzərdə tutulur. Sahibkarların (işəgötürənlərin) və digər maraqlı tərəflərin vəsaiti peşə təhsili və təlim proqramlarının təşkili üçün kifayət etmədikdə, maliyyələşmənin Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;

peşə təhsilinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi zamanı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur;

peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlı mexanizmin hazırlanması:

əsaslandırma: peşə təhsilinə cəlb edilmiş məhkumların haqqı ödənilən fəaliyyətə cəlb edilməsi onların islah edilməsində və azadlığa buraxıldıqdan sonra əmək bazarında asanlıqla iş tapmasında əhəmiyyətli rol oynaya bilər;

görüləcək tədbirlər:

peşə təhsilinə cəlb edilmiş məhkumların əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və ya maraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlb edilməsi;

peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılması;

gözlənilən nəticə və nəticə indikatorları:

məhkumların əmək bazarına hazırlanması təmin olunacaqdır;

məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışı həyata keçiriləcəkdir;

gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:

sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin cəzaçəkmə müəssisələrində əməyə cəlb edilmiş şəxslərin əməyinin ödənilməsinə marağı aşağı ola bilər. Bu baxımdan həmin şəxslərlə təşviqedici iş aparılması və müvafiq 8 stimullaşdırma tədbirlərinin həyata keçirilməsi bu risklərin aradan qaldırılmasında əhəmiyyətli ola bilər;

dövlət tərəfindən hazırlanmış layihələr çərçivəsində cəzaçəkmə müəssisələrində haqqı ödənilən fəaliyyətə cəlb edilmiş məhkumların əməyinin ödənilməsi mənbələrində vəsaitin təmin edilməsində çətinliklər ola bilər. Bu vəsaitin Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan mənbələr hesabına maliyyələşdirilməsi mümkündür;

cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma:

əsaslandırma: cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsində əsas problemlərdən biri cəmiyyətdə formalaşmış müəyyən narahatlıqlardır ki, bəzi sahibkarlar (işəgötürənlər) buna görə həmin şəxsləri işə götürməkdən çəkinirlər. Onlar barəsində cəmiyyətdə mövcud olan mənfi fikirlərin aradan qaldırılması əmək bazarında mövcud vakansiyaların komplektləşdirilməsinə yardımçı olmaqla yanaşı, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin yenidən cinayət törətməsinin qarşısını almağa və onların islah olunmasına kömək edə bilər;

görüləcək tədbirlər:

cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, mediada yayımlanması və müvafiq tədbirlərin (sərgilərin və s.) təşkil edilməsi;

cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) iştirakı ilə görüşlər təşkil edilməsi; cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

gözlənilən nəticə və nəticə indikatorları: məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması təmin olunacaqdır;

gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: bəzi kateqoriya cinayətlərə görə məhkumluğu olan şəxslərin işə qəbul edilməsində mövcud yanaşmaların aradan qaldırılması vaxt baxımından uzun müddət tələb edə bilər. Lakin aidiyyəti orqanların (qurumların) iştirakı ilə sahibkarlarla (işəgötürənlərlə) bu sahədə sıx əməkdaşlıq təmin edilməklə və mediada sosial xarakterli reklamların yayımlanması yolu ilə bu çətinlik aradan qaldırıla bilər.