Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planının məqsədləri açıqlandı

Cezacekme muessiselerinde pese tehsilinin keyfiyyetinin yukseldilmesi ile bagli Fealiyyet Planinin meqsedleri aciqlandi

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın əsas məqsədləri açıqlanıb.
Zeferinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması;
cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun təkmilləşdirilməsi;
cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.