Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ikitərəfli görüşü başlayıb.
Önder.tv xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Xəbər yenilənəcək