Cənubi Koreyada təyyarə qəzaya uğradı

Cenubi Koreyada teyyare qezaya ugradi

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, iki nəfər həlak olub.

Zeferinfo.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda xüsusi xidmət orqanları iki meyiti aşkar edə biliblər.

"Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağda qəzaya uğrayıb", - agentlik bildirib.

Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.