Bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

Bulletenlerin daire secki komissiyalarina paylanmasina baslanilib
Azərbaycanda yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb.

Zeferinfo.az-ın məlumatına görə, proses yanvarın 23-də yekunlaşacaq.

Daha sonra bülletenlər məntəqə seçki komissiyalarına paylanılacaq.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.