Milli Olimpiya Komitəsindən Zeferinfo.az-a verilən məlumata görə, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynovas (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qüvvəsini sınayacaq.
Mübarizəyə 1/4 finaldan başlayacaq Avroopa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq.
Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq.
Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna isə 19:00-da start verləcək.