BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi o olacaq

BMT-nin Azerbaycandaki yeni rezident elaqelendiricisi o olacaq

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarında 6-da bitir.

Zeferinfo.az  APA-ya istinadən məlumatına görə, Vladanka Andreyevanın yerinə hələlik adı rəsmi olaraq açıqlanmayan, hazırda BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi olan Ukrayna vətəndaşı Dmitriy Şlapaçenko təyin edilib.

BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin Kommunikasiyalar və Nəticələrin Hesabatı üzrə rəhbəri Karolina Azavedonun APA-ya verdiyi məlumata görə, yeni rezident əlaqələndiricinin təyinatı haqda rəsmi elan veriləcək. Belə ki, BMT Baş katibinin mətbuat xidmətinin ofisi yeni rezident əlaqələndiricinin adını o, öz vəzifəsinin icrasına başlamağa yaxın açıqlayacaq.

Azavedonun sözlərinə görə, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq və o vaxta qədər bu vəzifəni müvəqqəti olaraq Vladanka Andreeva icra edəcək.

Qeyd edək ki, Dmitriy Şlapaçenko 2021-ci ildən etibarən BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edir. O, BMT sistemində müxtəlif ölkələrdə uzunmüddətli idarəetmə və inkişaf proqramları üzrə təcrübəyə malikdir. Yeni rezident əlaqələndiricinin vəzifəsinin icrasına Türkmənistanda mandatı bitəndən sonra, yəni gələn ilin yayından etibarən başlayacağı bildirilir.

Xatırladaq ki, Vladanka Andreyeva BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi kimi fəaliyyətə 2021-ci il iyulun 1-də başlayıb.