"Bir Təşəkkür, Min Dua..."

Əziz dostlarım, dəyərli böyüklərim və yol yoldaşlarım...
Həyatımın bəlkə də ən çətin, ən sınaqlı dövrlərindən birini geridə qoymağın tərifi olmayan rahatlığını yaşayıram. Allahın sonsuz mərhəməti və sizlərin mənəvi dəstəyi ilə düşdüyüm o amansız xəstəliyin caynağından qurtulmağı bacardım. Bu bir mübarizə idi… Təkcə bədənlə deyil, ruhla, səbirlə və inamla aparılan bir mübarizə.
Müalicə müddətində əvvəlcə dörd kurs kimyaterapiya aldım, sonra çətin bir əməliyyat keçirdim. Ardınca ehtimallara qarşı daha dörd kurs kimyaterapiya tövsiyə olundu və bunlardan üçünü artıq tamamlamışdım. Dünən və bu gün isə dördüncü kursu da alaraq bu ağır prosesi sona çatdırdım. Artıq ümidlə "bu lənətə gəlmiş xəstəlikdən qurtuldum" deyə bilirəm.
Bu müddət ərzində tək olmadığımı mənə hiss etdirən, başda ailəmə, bacı-qardaşlarıma, övladlarıma duaları, mesajları və zəngləri ilə yanımda olan hər kəsə sonsuz minnətdaram. Xüsusilə, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradov bəyə, Xaricdə Yaşayan Azərbaycanlılara Dəstək Fondunun sədri Əkrəm Abdullayev bəyə, Türkiyə Cümhuriyyətinin Haaqa səfiri hörmətli Selçuk Ünal bəyə, Azərbaycanın Niderlanddakı səfiri hörmətli Məməd Əhmədzadə bəyə, Tunçbilek keçmiş bələdiyyə başçısı Agah Aşkın ağabeyimə, prezidentliyə namizəd Sinan Oğan bəyə, Karabük keçmiş valisi Fuat Gürel bəyə, Suraxanı rayonunun icra başçısı Adil Əliyev bəyə, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu bəyə, Niderland Türk Federasiyasının başqanı hörmətli Murat Gedik bəyə, Niderland Türk İş Adamları Birliyinin başqanı hörmətli Hikmət Gürcüoğluna, Horeca Bond başqanı Tarık Saki bəyə, TOV başqanı Durmuş Doğan bəyə, iş adamı İmdat Sakruca qardaşıma, İğdırın uğurlu iş adamı Fuat Kumtepe bəyə, İğdır Azərbaycan Dərnəyinin başqanı və tarixçi Ziya Zakir Acar hocama, İstanbul Türkiyə Azərbaycan Dayanışma və Mədəniyyət Dərnəyi (İSTAD) başqanı Sefer Karakoyunlu bəyə, Azərbaycanın, Niderlandın və Belçikanın Türk mətbuat nümayəndələrinə, Haaqa Bələdiyyəsində çalışanlara, Türk və Azərbaycan QHT-lərinə, hollandiyalı iş adamı KrosMedical CZ sahibi Ron Gazelle qardaşıma, azərbaycanlı iş adamı Fizuli Məmmədov bəyə, İğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel bəyə, Türkiyə Cümhurbaşkanının baş müşavirlərindən Aygün Attar xanıma, Azərbaycan Dillər Universitetinin alman dili müəllimi dosent Dr. Həqiqət Hacıyeva xanıma, Kacerdogansalı kəndimizin muxtarı hörmətli Cevzət Sönmez bəyə və adlarını bu yazıda sadalaya bilmədiyim, amma ürəyini mənimlə paylaşan, Hollandiya başda olmaqla Avropanın hər yerindən, İğdırdan, Azərbaycandan, Türkiyənin hər guşəsindən mənə dəstək olan bütün dostlarıma könüldən təşəkkür edirəm.
Sizlərin duası, dəstəyi və sevgisi mənə güc verdi. Hər mesaj, hər zəng, hər təbəssüm məni həyata bir daha bağladı.
Rəbbim heç kəsi belə bir imtahanla sınamasın. Amma əgər bir gün sınansa, sizin kimi gözəl dostları olsun.
Bu gün ürəyim şükranla doludur… Sabah isə ümidlə baxıram.
Hər birinizə könüldən təşəkkür edirəm.
Qeyd: Bu təşəkkür məktubumda adı keçməyən dostlarım bilsinlər ki, onların adları qəlbimə qızıl hərflərlə yazılıb. Təəssüf ki, hamısını uzun-uzadı yazmaq mümkün olmadı. Məni bağışlayacağınıza inanıram.
Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın.