Zeferinfo.az xəbər verir ki, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək ondan 120 manat və 2 ədəd mobil telefon alıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuş 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.