1 fevral 2013-cü il tarixindən fəaliyyətə başlayan 108 Çağrı Mərkəzi “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinin, “ABAD” publik hüquqi şəxsin, MİDA-nın fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. 108 Çağrı Mərkəzi səsboğucu funksiyalı iş masaları, müasir kompüterlər, proqram təminatları, normativ hüquqi baza və operativ məlumat bazası ilə təchiz olunub. Ən son texnologiyalara əsaslanan Sipline Çağrı Mərkəzi və telefoniya sistemi vasitəsilə fasiləsiz və keyfiyyətli xidmət təmin edilir.
Gün ərzində orta hesabla 5000-dən çox olmaqla, bu günə qədər ümumilikdə 10.000 000 müraciət qəbul olunub.
Hazırda 108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək canlı rejimdə, qeyri-iş saatlarında, bayram və istirahət günlərində isə avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə həyata keçirilir.
Azərbaycanın istənilən regionundan stasionar telefon vasitəsilə “108” nömrəsini yığaraq bu xidmətlərdən ödənişsiz istifadə oluna bilər.