Baş diplomat: Ermənistanın konstitusiyasında ərazi iddiaları sülhə mane olur

Bas diplomat: Ermenistanin konstitusiyasinda erazi iddialari sulhe mane olur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfəri çərçivəsində həmkarı Maka Botçorişvilini Ermənistanla normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Zeferinfo.az-ın məlumatına görə, nazirlər Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlayıblar.

C.Bayramov həmkarının diqqətinə sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığını çatdırıb.