Balakəndə 20 mindən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Balakende 20 minden cox abonentin qaz techizati muveqqeti dayandirilacaq
Sabah saat 09:00-dan Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən xidmət sahəsi tərəfindən aparılan təmir və sınaq işləri ilə əlaqədar Balakən rayonunun bir sıra yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

Azəriqaz İstehsalat Birliyindən Zeferinfo.az-a verilən məlumata görə, sabah saat 09:00-dan etibarən Sarıbulaq kəndini təbii qazla təmin edən PE-160 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində kipliyə sınaq işləri və Balakən şəhərinin 28 May küçəsində yerləşən d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, Balakən Qaz Paylayıcı Stansiyasının ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətləri üzrə qaz təchizatı dayandırılacaq. Qaz kəsintisi Balakən şəhəri də daxil olmaqla ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodlarını istisna olmaqla) 26 kənd və 1 qəsəbədə yaşayan ümumilikdə 20.351 əhali abonenti və 258 qeyri-əhali abonentini əhatə edəcək.

Qaz təchizatının bərpası işlərin başa çatmasından dərhal sonra həyata keçiriləcək

Back To Top