Bakıdan Rusiyanın daha bir neçə şəhərinə uçuşlar dayandırılır

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın daha bir neçə şəhərinə uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.
AZAL-ın Mətbuat xidmətindən Zəfərinfo.az-a bildirilib ki, uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
• Saratov
• Nijni Novqoroq
• Vladiqafqaz
Qeyd edək ki, daha öncə Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara hava limanlarına uçuşlar dayandırılmışdı.