Bakı metrosu I yarımildə 111 milyondan çox sərnişin daşıyıb

Baki metrosu I yarimilde 111 milyondan cox sernisin dasiyib

Bu ilin I yarısında "AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" 111 milyondan çox sərnişinə xidmət göstərib.

Zeferinfo.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.

6 ay ərzində 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir.