Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olundu

Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olundu.
Bu gün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.