Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Azerbaycanin uc serbest gulescisi Avropa cempionatinda yarimfinala yukselib

Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Zeferinfo.az xəbər verir ki, İslam Bazarqanov (54 kiloqram) 1/4 finalda türkiyəli Muhammet Karavuşa, Əli Rəhimzadə (65 kiloqram) almaniyalı Niko Meqerleyə, Kənan Heybətov (70 kiloqram) isə bolqarıstanlı Mihail Georgiyevə qalib gəlib.

Onlar yarımfinal mərhələsində müvafiq olaraq, Naçın Monquş (UWW), Xamzat Arsamerzoyev (Fransa) və David Bayevlə (UWW) üz-üzə gələcəklər.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Orxan Abasov (79 kiloqram) təsnifat, Abubakr Abakarov (97 kiloqram) isə 1/4 finalda rəqiblərinə uduzublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.