Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum olub

Azerbaycanin serhed buraxilis menteqelerinden kecen sexslerin sayi melum olub
Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki illə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

Zeferinfo.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.