Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi açıqlanıb

Azerbaycanin dovlet zemanetli borcunun meblegi ve terkibi aciqlanib
Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 837,9 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,3 %-i qədər olub.

Zeferinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 123,6 milyon manatı (5 milyard 366,8 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 714,3 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,7 %-ni sabit, 41,3 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 62,8 %, avro – 18,9 %, manat – 12,4 %, yapon yeni – 4 %, digər valyutalar – 1,9 %.

Dövlət zəmanətli borcun 72,7 %-i 5 ilə qədər olan müddətdə, 16,8 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 10,5 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.