Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni dövlət standartları hazırlanır

Azərbaycanda informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işlər görülür.
Bu barədə Zeferinfo.az-a açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.
"Hazırda biz bu sahədə daha geniş əhatəli və müasir tələblərə uyğun standartlar hazırlayırıq. Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir".