Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

Azerbaycanda icbari tibbi sigorta uzre Xidmetler Zerfinde deyisiklik edilib

Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.