Azərbaycan XİN başçısının müavini İran səfiri ilə regional məsələləri müzakirə edib

Azerbaycan XIN bascisinin muavini Iran sefiri ile regional meseleleri muzakire edib
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın bu ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Zeferinfo.az İSNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.

M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.