Azərbaycan və Əlcəzair XİN başçıları əlaqələrin genişləndirilməsini müzakirə edib
Bu barədə Zeferinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil və mədəniyyət də daxil olmaqla, əməkdaşlığın geniş sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib və yeni əməkdaşlıq istiqamətlərinin araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.
Görüşdə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu əməkdaşlığın ortaq prinsiplər və qarşılıqlı dəstək əsasında qurulduğu qeyd olunub.
Hər iki nazir Azərbaycan-Əlcəzair tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə edib, bu əməkdaşlığın regionlarda və onun hüdudlarından kənarda sülhə, inkişafa və rifaha töhfə verəcəyini bildiriblər.