Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında iştirak edir

Azerbaycan UNESCO-nun Umumdunya Irs Komitesinin 47-ci sessiyasinda istirak edir

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası Parisdə, UNESCO-nun mənzil qərargahında öz işinə başlayıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyası məlumat yayıb.

"Azərbaycan nümayəndə heyəti bu mötəbər tədbirdə iştirak edir. Sessiyada dünya irsinin qorunması, idarə olunması ilə bağlı strategiyalar müzakirə olunacaq və yeni ümumdünya irs abidələri təsdiq ediləcəkdir", - məlumatda deyilir.