Zeferinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak etdik. BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın doqquz pillə irəlilədiyini və elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olduğunu, qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında birinci yerdə qərarlaşdığını diqqətə çatdırdıq.
Region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırladığını bildirdik", - paylaşımda qeyd edilib.