Azərbaycan millisinin oyunu təxirə salına bilər

Azerbaycan millisinin oyunu texire salina biler

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq.

Zeferinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.