Azərbaycan İƏT-in ən fəal üzvlərindən sayılır - XİN nümayəndəsi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından sonra ən fəal üzvlərindən sayılır.
Zeferinfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Prespektivlər" mövzusunda bu gün keçirilən konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev deyib.
Onun sözlərinə görə, 1992-ci ildən bəri Azərbaycan bu təşkilata iki dəfə sədrlik edib:
"2023-cü ildə də Azərbaycan bu Təşkilata sədrlik elədi, amma İranda səfirliyimizə olan terror hücümundan sonra bu sədrlik Xarici İşlər Nazirliyi vasitəsilə virtual olaraq həyata keçirilirdi".
Bu təşkilatın Azərbaycan üçün əhəmiyyətindən danışan R.Mirzəyev bu təşkilatda həm qonşu ölkələrin, həm də müttəfiq ölkələrin olmasını qeyd edib.