Zeferinfo.az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) isə gümüş medal qazanıblar.
U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıblar.
Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev isə (120.2 kq) bürünc medal əldə ediblər.