Azərbaycan diplomatları regional və beynəlxalq təhdidlərin fonunda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azerbaycan diplomatlari regional ve beynelxalq tehdidlerin fonunda tehlukesizlik meselelerini muzakire edibler
Azərbaycan xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiq qismində iştirakı ilə “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda ilk panel müzakirəsi baş tutub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Məlumata əsasən, panel müzakirəsi diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunub.

"Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsində mövcud çağırış və imkanlar təhlil edilib", - məlumatda qeyd olunub.