Azərbaycan BMT ilə “DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanmasını müzakirə edib

Azerbaycan BMT ile “DIM uzre Milli Izleme Sistemi"nin hazirlanmasini muzakire edib

Azərbaycan və BMT arasında əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə edilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə etdik. "Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi"nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə "DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük. Xanım Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq”, - paylaşımda qeyd edilib.