Azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb

Azad edilmis erazilerde 602 neferin nesinin qaliqlari tapilib

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb.

Zeferinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda Baş Prokurorluğun nümayəndəsi bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 602 nəfərin nəşinin qalıqları tapılıb, onlardan 120 nəfərin şəxsiyyəti müəyyənləşib.