"Avtoşluq" edən daha bir motosiklet sürücü həbs edildi - VİDEO

"Avtosluq" eden daha bir motosiklet surucu hebs edildi - VIDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

Bu Barədə Zeferinfo.az-a Bakı Şəhər DYP İdarəsindən bildirilib.

Məlumata görə, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.