Arazda batan azyaşlının meyiti tapıldı

Arazda batan azyaslinin meyiti tapildi

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14.07.2025-ci il tarixində Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin (uşaq) axtarışları yekunlaşıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.