Zeferinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara mərkəzli iki vilayətdə həyata keçirilən əməliyyatlar 11 iyul 2025 tarixində başlayıb. Ankara Emniyyət Müdirliyinin Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı şübhəlilərin saxlanılması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Aparılan araşdırmalar nəticəsində Fetullahçı Terror Təşkilatının (FETÖ) mövcud maliyyə strukturunda aktiv rol oynadığı ehtimal edilən şəxslər müəyyən olunub və onlarla bağlı hüquqi tədbirlər görülür.