Alternativ qeydiyyat mərkəzlərində 501 valideynə dəstək göstərilib

Mayın 5-i (saat 16:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı Bakıdakı alternativ qeydiyyat mərkəzlərində ümumilikdə 501 vətəndaş müraciətinə baxılıb.
350 valideynə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində dəstək göstərilib.
Müraciətlərdən 151-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 30 alternativ qeydiyyat mərkəzi tərəfindən qaydalara uyğun şəkildə icra olunub.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 12-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.