Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.
Zeferinfo.az-ın xəbərinə görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.
Hazırda yanğının söndürülməsi işləri davam edir.