Ağdərədə 46 yaşlı kişi mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

Agderede 46 yasli kisi mal-qara otararken minaya dusub - BIRGE MELUMAT
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.