AEA İranda tikinti mərhələsində olan nüvə reaktorunda hər hansı zədələnmə qeydə almayıb Əsas səhifə Dünya xəbərləri BAEA İranda tikinti mərhələsində olan nüvə reaktorunda hər hansı zədələnmə qeydə almayıb

AEA Iranda tikinti merhelesinde olan nuve reaktorunda her hansi zedelenme qeyde almayib Esas sehife Dunya xeberleri BAEA Iranda tikinti merhelesinde olan nuve reaktorunda her hansi zedelenme qeyde almayib

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrailin hücumu nəticəsində İranda yerləşən Xondab (əvvəlki adı - Arak) şəhərindəki ağırsu tədqiqat reaktorunun zədələnə biləcəyi ilə bağlı məlumat aldığını bildirib.

Zeferinfo.az agentliyə istinadən xəbər verir ki, hazırda həmin reaktor tikinti mərhələsindədir, istismara verilməyib və nüvə materialları ilə təchiz olunmayıb , buna görə də radiasiya təsiri qeydə alınmayıb.

“Hazırda BAEA -nin Xondabda yerləşən ağırsu reaktorunun zədələndiyini təsdiqləyən məlumatı yoxdur”, – agentlik əlavə edib.

Xatırladaq ki, iyunun 18-də BAEA İranda yerləşən iki sentrifuqa istehsalı obyekti – Kərəcdəki TESA emalatxanası və Tehran Tədqiqat Mərkəzi hücuma məruz qaldığı barədə xəbər vermişdi. “Hər iki obyekt əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPoA) çərçivəsində BAEA-nın monitorinqi və nəzarət altında idi. Tehranda müasir sentrifuqaların rotorlarının istehsal və sınaqdan keçirildiyi bina dağıdılıb. Kərəcdə isə sentrifuqaların müxtəlif komponentlərinin istehsal olunduğu iki bina məhv edilib”, – deyə agentliyin məlumatında qeyd olunur.