ADY: Ağdam–Xankəndi dəmir yolu Qarabağda sərnişindaşımada mobilliyi artıracaq - VİDEO

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Zeferinfo.az-a verilən məlumata görə, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb.
Layihə çərçivəsində Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcək.
Bununla yanaşı, beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.