43 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olub

Bu günə qədər 43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb.
Bu barədə Zeferinfo.az-a MÜTDA-dan məlumat verilib.
Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron sistemi üzərindən aparılır.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.