37 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib

37 nefere felsefe doktoru, 5 nefere elmler doktoru elmi derecesi verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 60 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, Riyaziyyat, fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, əczaçılıq elmləri, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 37 iddiaçıya fəlsəfə doktoru, texnika elmləri, filologiya elmləri, pedaqogika və tarix üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

Filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi” ixtisası üzrə 2, "Folklorşünaslıq" ixtisası üzrə 2, "Türk xalqları ədəbiyyatı”, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik", tarix elm sahəsində "Ümumi tarix”, “Vətən tarixi", kimya elm sahəsində “Neft kimyası”, “Kimyəvi kinetika və kataliz", tibb elmləri sahəsində “Pediatriya", iqtisad elmləri sahəsində “İqtisadi nəzəriyyə", pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi", psixologiya elm sahəsində "Sosial psixologiya" ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, tarix elm sahəsində "Kulturologiya və onun ümumi məsələləri", "Vətən tarixi" və siyasi elmlər sahəsində "Siyasi nəzəriyyə" ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.